Dünya çempionatı: Azərbaycanın daha bir güləşçisi bürünc medal qazanıb
Azərbaycanın daha bir yunan-Roma güləşçisi Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında bürünc medal qazanıb.
67 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə türkiyəli Murat Fırata 8:2 hesabı ilə qalib gəlib.
82 kq-da mübarizə aparan Rafiq Hüseynov isə bürünc medal qarşılaşmasında macarıstanlı Tamaş Levaya 1:3 hesabı ilə uduzaraq, 5-ci yerlə kifayətlənib.