Dünya çempionatı: Azərbaycanın sərbəst güləşçisi yarımfinalda uduzub
Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.
92 kq çəki dərəcəsində yer alan idmançı finala gedən yolda ABŞ təmsilçisi Ceyden Koksla qarşılaşıb.
Rəqibinə 0:7 hesabı ilə uduzan Nurmaqomedov həlledici qarşılaşmaya vəsiqə qazana bilməyib.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.