Hacı Əliyev yarımfinala yüksəlib

Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında 1/4 final görüşünə çıxıb.

92 kq çəki dərəcəsində mübarizə aparan idmançı ABŞ təmsilçisi Kayl Snayderlə üz-üzə gəlib.

Qarşılaşma Maqomedovun məğlubiyyəti ilə bitib.

Daha əvvəl 65 kq-dakı Hacı Əliyev yarımfinala yüksəlib. 3 qat dünya və 3 qat Avropa çempionu finala gedən yolda Rahman Amouzadla (İran) görüşəcək.