"Milan" Neapol səfərindən əliboş qayıtdı

Ötən gün  İtaliya A seriyasında 2-ci tura start verilib.

Olimpsport.az-ın məlumatına görə, son çempion “Yuventus” açılış matçında paytaxta səfər edib.

“Qoca sinyora” özü kimi, ilk turu itkisiz başa vuran “Latsio”nun qonağı olub. Bu qarşılaşmanın taleyini 1 qol həll edib. 66-cı dəqiqədə Xedira "Yuvetus"a minimal hesablı qələbə qazandırıb.

Günün digər qarşılaşması olduqca maraqlı alınıb. Mövsümə qələbə ilə başlayan “Milan” bu dəfə “Napoli” ilə səfərdə qarşılaşıb. 6 qolun vurulduğu oyunda meydan sahibləri 4-2 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, turun digər qarşılaşmaları bu gün keçiriləcək. “Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Fiorentina” da bu gün “Kyevo”nu qəbul edəcək. Çempionluğa daha bir iddialı komanda “İnter” isə “Palermo”nu sınağa çəkəcək.

 

İtaliya A seriyası

II tur

27 avqust

“Latsio” – “Yuventus” - 0:1

Qol: Xedira, 66

“Napoli” – “Milan” - 4:2

Qollar: Milik, 18, 34, Kaleyxon, 74, Romanyoli, 90+4 (öz qapısına) - Nianq, 51, Suso, 55

28 avqust

20:00. “İnter” – “Palermo”

22:45. “Kalyari” – “Roma”

22:45 “Krotone” – “Cenoa”

22:45. “Fiorentina” – “Kyevo”

22:45. “Sampdoriya” – “Atalanta”

22:45. “Sassuolo” – “Peskara”

22:45. “Torino” – “Bolonya”

22:45. “Udineze” – “Empoli”