Dünya çempionatı: Hacı Əliyev yarımfinalda məğlub olub
Azərbaycanın titullu sərbəst güləşçisi Hacı Əliyev Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksələ bilməyib.
65 kq çəki dərəcəsində çıxış edən 3 qat dünya və 3 qat Avropa çempionu yarımfinalda Rəhman Amuzadxəliliyə (İran) uduzub.
Əliyev sabah bürünc medal uğrunda qarşılaşmaya qatılacaq.
61 kq-dakı İslam Bazarqanov və 92 kq-dakı Maqomedxan Maqomedov rəqibləri finala çıxdığı üçün təsəlliverici görüşdə iştirak edəcək.
Bu gün həmçinin 92 kq-dakı Osman Nurməhəmmədov bürünc medal uğrunda qarşılaşmada Radoslav Marçinkieviç (Polşa) ilə üz-üzə gələcək.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.