Çempionlar Liqası Püşkatmasında Saxtakarlıq?

 

Kataloniya mətbuatı  bir neçə gün öncə keçirilən püşkatmada saxtakarlığa yol verildiyini iddia edir. Olimpsport.az xəbər verir ki, kataloniyalı jurnalistlər Çempionlar Liqasının püşkatması zamanı “Real” Madridin lehinə saxtakarlıq olduğunu yazıblar. Bunu sübut edən dəlilllər isə aşağıdakılardır. Bu videoda Yan Raş sol əlində saxladığı kağızı qablarla bir yerdə stolun aşağısına aparır və sonra kağız onun sağ əlində peyda olur.

 

 

Digər bir videoda isə Roberto Karlos çıxartdığı topu yenidən qaba qoyur və qarışdıqdan sonra başqa topu çıxarır.