Türkiyə Lüksemburqa, Fransa Avstriyaya qarşı
Bu gün Millətlər Liqasında qrup mərhələsinin 5-ci turu start götürəcək.
İlk oyun günündə A, C və D Liqalarında ümumilikdə 10 oyun keçiriləcək.
C Liqasında Türkiyə Lüksemburqa uduzmasa, vaxtından əvvəl B Liqasına vəsiqə qazanacaq. Azərbaycan millisi C Liqasının 3-cü qrupunda Slovakiyaya qalib gəlsə, Qazaxıstan Belarusla matçın nəticəsindən asılı olmayaraq, qrupdan lider kimi çıxacaq və B Liqasına yüksələcək.
A Liqasında Danimarka Xorvatiyaya, Niderland isə Polşaya qalib gəlsə, finala vəsiqəni təmin edəcəklər.
Millətlər Liqası, qrup mərhələsi, 5-ci tur
22 sentyabr
A Liqası
1-ci qrup
22:45. Fransa - Avstriya
22:45. Xorvatiya - Danimarka
Xallar: Danimarka - 9, Xorvatiya - 7, Avstriya - 4, Fransa - 2
4-cü qrup
22:45. Polşa - Niderland
22:45. Belçika - Uels
Xallar: Niderland - 10, Belçika - 7, Polşa - 4, Uels - 1
C Lqası
1-ci qrup
22:45. Türkiyə - Lüksemburq
22:45. Litva - Farer adaları
Xallar: Türkiyə - 12, Lüksemburq – 7, Farer adaları – 4, Litva – 0
3-cü qrup
18:00. Qazaxıstan - Belarus
22:45. Slovakiya - Azərbaycan
Xallar: Qazaxıstan - 10, Slovakiya - 6, Azərbaycan - 4, Belarus - 2
D Liqası
1-ci qrup
20:00. Latviya - Moldova
22:45. Lixtenşteyn - Andorra
Xallar: Latviya - 12, Moldova - 7, Andorra - 4, Lixtenşteyn - 0