“Milan” “Çelsi”yə böyük hesabla uduzdu, PSJ xal itirdi
UEFA Çempionlar Liqasında qrup mərhələsinin 3-cü turu başa çatıb.
Bu gün E, F, G və H qruplarında 8 qarşılaşma keçirilib. Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin komandası – Xorvatiya “Dinamo”su (Zaqreb) Avstriyada “Zalsburq”un qonağı olub. Mahirin sonadək ehtiyatda qaldığı bu matç Zaqreb təmsilçisinin məğlubiyyəti ilə başa çatıb. E qrupunun digər matçında isə “Çelsi” İngiltərədə “Milan”ı qəbul edib və darmadağına sevinib.
F qrupunda turnirin son qalibi “Real” Donetsk “Şaxtyor”u ilə qarşılaşıb. Madrid təmsilçisi bu oyundan çətin qələbə ilə ayrılıb. “Leypsiq” isə evdə “Seltik” üzərində inamlı qələbəyə imza atıb.
G qrupunda “Mançester Siti” “Kopenhagen”i darmadağın edibsə, “Sevilya” evdə Dortmund “Borussiya”sına böyük hesabla uduzub.
H qrupunda “Yuventus” Hayfa “Makkabi”sini məğlub yola salıb. “Benfika” isə PSJ ilə münasibətlərinə aydınlıq gətirib. Paris təmsilçisi səfərdən 1 xalla dönüb.
Çempionlar Liqası, qrup mərhələsi, 3-cü tur
5 oktyabr
E qrupu
Zalsburq (Avstriya) – Dinamo (Zaqreb, Xorvatiya) 1:0
Qol: Okafor, 71.
Çelsi (İngiltərə) – Milan (İtaliya) 3:0
Qol: Fofana, 24. Obameyanq, 56. R.Ceyms, 62.
Xal: Zalsburq – 5. Çelsi – 4. Milan – 4. Dinamo – 3.
F qrupu
Leypsiq (Almaniya) – Seltik (Şotlandiya) 3:1
Qol: Nkunku, 27. A.Silva, 64; 77 – Jota, 47.
Real (İspaniya) – Şaxtyor (Donetsk, Ukrayna) 2:1
Qol: Rodriqo, 13. Vinisius, 28 – Zubkov, 39.
Xal: Real – 9. Şaxtyor – 4. Leyptsiq – 3. Seltik – 1.
G qrupu
Mançester Siti (İngiltərə) – Kopenhagen (Danimarka) 5:0
Qol: Haland, 7; 32. Xoçolava, 39-öz qapısına. Mahrez, 55-pen. X.Alvares, 76.
Sevilya (İspaniya) – Borussiya (Dortmund, Almaniya) 1:4
Qol: En Nesiri, 51 – R.Gerrero, 6. Bellingem, 41. Adeyemi, 43. Brandt, 75.
Xal: Mançester Siti – 9. Borussiya – 6. Sevilya – 1. Kopenhagen – 1.
H qrupu
Yuventus (İtaliya) – Makkabi (Hayfa, İsrail) 3:1
Qol: Rabyo, 35; 83. Vlahoviç, 50 – David, 75.
Benfika (Portuqaliya) – PSJ (Fransa) 1:1
Qol: Danilo, 41-öz qapısına – Messi, 22.
Xal: PSJ – 7. Benfika – 7. Yuventus – 3. Makkabi – 0.