"Vest Hem" Zaza ilə anlaşdı

Ingiltərənin Vest Hem” klubu heyətini gücləndirib. Slaven Biliçin komandası “Yuventus”dan Simone Zaza ilə anlaşıb.

Olimpsport.az xəbər verir ki, London təmsilçisi İtaliya millisinin üzvünü bir illik icarəyə götürüb. Bunun üçün “qoca sinyora”ya 5 milyon avro ödənəcək. Üstəlik müqavilədə yer alan xüsusi maddəyə görə, hücumçu yeni komandasında müəyyən sayda oyuna çıxarsa, 20 milyon avro müqabilində "Vest Hem" Zazanın transher hüququna yiyələnə bilər.

Qeyd edək ki, 25 yaşlı Zaza ötən mövsüm “Yuventus”da 24 rəsmi matçda meydana çıxaraq 8 qol vurub.