Azərbaycanın legioner taekvondoçularının taleyinə tezliklə aydınlıq gələcək
Azərbaycan taekvondoçuları Radik İsayevlə Milad Beigi Harçeqaninin taleyinə yaxın günlərdə aydınlıq gələcək.
Bu barədə Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidenti Nağı Səfərov qurumun mətbuat xidmətinə açıqlama verib.
O bildirib ki, əsas komanda ilə məşq etməyən idmançıların məsələsinə İdarə Heyətinin toplantısında baxılacaq və yekun qərar qəbul olunacaq: "Titulundan asılı olmayaraq hər bir idmançı təlim-məşq toplanışlarında iştirak etməli və baş məşqçinin tapşırıqlarını yerinə yetirməlidir. Bu taekvondoçular hazırda məşqlərə qatılmırlar. Baş məşqçi onlarla bağlı izahatı bizə təqdim edib".
Qeyd edək ki, Dağıstan əsilli Radik İsayev 2012-ci, Milad Beigi Harçeqani isə 2015-ci ildən Azərbaycan yığmasında çıxış edir.