UEFA AVRO-2025-ə ev sahibliyi etmək istəyən ölkələrin siyahısını açıqlayıb
UEFA 2025-ci ildə qadınlar arasında keçiriləcək Avropa çempionatının final mərhələsinə ev sahibliyi etmək istəyən ölkələrin siyahısını açıqlayıb.
Turniri keçirmək üçün 7 ölkə müraciət edib.
Fransa, Polşa və İsveçrə ilə yanaşı, Danimarka, Finlandiya, Norveç və İsveç Avropa çempionatını birgə təşkil etmək istəyini UEFA-ya rəsmi şəkildə bildirib.
Qurum ev sahibi ölkənin adını 2023-cü ilin yanvarında açıqlayacaq.