İlin ən yaxşı gənc futbolçusu açıqlandı
İlin ən yaxşı gənc futbolçusu müəyyənləşib.
"Qızıl top"un təltifetmə mərasimində ilin ən yaxşı gənc oyunçusu adına İspaniya millisinin və "Barselona"nın yarımmüdafiəçisi Qavi layiq görülüb.
18 yaşlı oyunçu səsvermədə Kərim Adeyemi (Almaniya, “Borussiya” Dortmund), Cud Bellingem (İngiltərə, “Borussiya” Dortmund), Eduardo Kamavinqa (Fransa, “Real”), Rayan Qravenberx (Niderland, “Bavariya”), Yoşko Qvardiol (Xorvatiya, “Leypsiq”), Nuno Mendeş (Portuqaliya, PSJ), Camal Musiala (Almaniya, “Bavariya”), Bukayo Saka (İngiltərə, “Arsenal”) və Florian Vitsi (Almaniya, “Bayer”) geridə qoyub.