
Dünya çempionatı: Bu gün Azərbaycanın üç qadın güləşçisi mübarizəyə başlayır
Bu gün Azərbaycanın üç qadın güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında mübarizəyə başlayacaq.
50 kq çəki dərəcəsində çıxış edən Şəhanə Nəzərova 1/8 final mərhələsində Yui Susaki (Yaponiya) ilə üz-üzə gələcək.
55 kq-da yarışan Elnurə Məmmədova təsnifatda Andrea Beatrisin (Moldova) müqavimətini qırmağa çalışacaq. 59 kq-da mübarizə aparan Jalə Əliyeva 1/8 finalda Mansi Mansi (Hindistan) ilə görüşəcək.
Bu gün həmçinin yunan-Roma güləşçilərindən Nihat Məmmədli (60 kq) və Qurban Qurbanov (72 kq) final qarşılaşmalarına çıxacaq. Onlar qızıl medal uğrunda müvafiq olaraq Kerem Kamal (Türkiyə) və Pavel Puklavetslə (Serbiya) güləşəcəklər.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) gümüş medala sahib çıxıb.
Daha çox xəbər




17-05-2023
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası "Qalatasaray" la dostluq görüşünə çıxır












10-01-2023
AIPS Avropa prezidenti Ç.Kamenzuli AİJA prezidenti Eldar İsmayılovu təbrik edib








21-12-2022
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) iclası keçirilib




