Avropa Liqası: "Arsenal" pley-offa vəsiqəni təmin edib

UEFA Avropa Liqasının qrup mərhələsində II turdan təxirə salınmış oyun keçirilib.

A qrupunda İngiltərə "Arsenal"ı Londonda Niderlandın PSV komandasını qəbul edib. Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 71-ci dəqiqədə Qranit Caka vurub.

Bu nəticədən sonra xallarını 12-yə çatdıran "topçular" pley-offa vəsiqəni təmin ediblər. 7 xalı olan Eyndhoven təmsilçisi isə 2-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, A qrupunda Norveçin "Budö Qlimt" və İsveçrənin "Sürix" klubları da mübarizə aparır.

UEFA Avropa Liqası

Qrup mərhələsi, II turdan təxirə salınmış oyun

20 oktyabr

21:00. "Arsenal" (İngiltərə) - PSV (Niderland) - 1:0

Qol: Qranit Caka, 71

Xal durumu: "Arsenal" - 12, PSV - 7 xal, "Budö Qlimt" - 4, "Sürix" - 0.