
İki güləşçimizdən bürünc medal - U-23 dünya çempionatı
Azərbaycanın iki sərbəst güləşçisi İspaniyanın Pontevedra şəhərində keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb.
Kənan Heybətov (70 kq) əvvəlcə rəqibi Lahure Vaduceyə (Şri-Lanka) təsəlliverici görüşə çıxmadığı üçün bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Bürünc uğrunda görüşdə Ozorbek Toktomambetova 8:5 hesabı ilə qalib gələrək medala sahib çıxıb.
İslam İlyasov (97) isə gürcüstanlı Andro Margişvilini 7:0 hesabı ilə məğlub edərək bürünc medal qazanıb.
Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Nihad Quluzadə (55 kq) və Nihat Məmmədli (60 kq) gümüş, Qurban Qurbanov (72 kq) isə qızıl medal qazanıb. Qadın güləşçilərdən isə Nigar Mirzəzadə (65 kq) gümüş medala sahib çıxıb.
Daha çox xəbər




17-05-2023
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası "Qalatasaray" la dostluq görüşünə çıxır












10-01-2023
AIPS Avropa prezidenti Ç.Kamenzuli AİJA prezidenti Eldar İsmayılovu təbrik edib








21-12-2022
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) iclası keçirilib




