Pakistanın İdman Jurnalistləri Federasiyasının prezidentindən paylaşım

Pakistanın İdman Jurnalistləri Federasiyasının prezidenti Malik Amjad Aziz AIPS Europe İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadə ilə əlaqədar öz Feysbuk profilində paylaşım edib.

Nərgiz Mahmudzadə Pişəvərdə keçirilməsi planlaşdırılan sülh və idman konfransı ilə bağlı salamlarını və xoş arzularını çatdırıb. Pişəvərlilər səbirsizliklə Azərbaycan nümayəndə heyətimizi gözləyirlər.

Malik Amjad Aziz isə həmin videonu öz hesabında paylaşıb.