Millimizin futbolçusu yeni klubunda debüt edib

Eddi İsrafilov yeni klubu "Kadiz"də debüt edib.

 

Olimpsport.az xəbər verir ki, milli komandamızın futbolçusu Eddi İsrafilovun çıxış etdiyi "Kadiz" İspaniya Sequndasının 2-ci turunda "Malyorka"nı qəbul edib. Görüşdə tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. İsrafilov matçın 77-ci dəqiqəsində meydana daxil olaraq "Kadiz"in heyətində debüt edib.

 

Qeyd edək ki, "Kadiz" 2 xalla turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.