Bakıda keçiriləcək Böyük Dəbilqənin medalları təqdim olunub

Bakıda keçiriləcək cüdo üzrə Böyük Dəbilqənin medalları təqdim olunub.

Medalların ön tərəfində turnirin loqosu, Azərbaycan Respublikasının xəritəsi, yarışın tarixi və adı həkk olunub.

Arxa hissədə isə Beynəlxalq Cüdo Federasiyasının loqosu yer alıb.

Qeyd edək ki, Böyük Dəbilqə 4 - 6 noyabrda baş tutacaq. Cüdoçular 14 dəst medal uğrunda mübarizə aparacaqlar.