"Qalatasaray"ın yeni transferi İstanbula gəlib

"Qalatasaray" növbəti transferini reallaşdırır. Olimpsport.az xəbər verir ki, İstanbul klubu Kot`D-İvuar yığmasının üzvü Çeik İsmail Tioteni heyətinə qatır.
 
Artıq afrikalı futbolçu İstanbula gəlib. 30 yaşlı futbolçu tibbi müayinədən keçəcək və müqavilənin son detallarını müzakirə etdikdən sonra müqavilə imzalayacaq. Onunla 3 illik anlaşmanın imzalanması gözlənilir.
 
İspaniyanın "Atletik" klubunun yetirməsi olan Tiote peşəkar karyerasına "Anderlext"də başlayıb (2005-2008). 2007/08 mövsümündə Hollandiyanın "Roda" klubunda icarə əsasında çıxış edən yarımmüdafiəçi növbəti iki ildə "Tvente"də keçirib (2008-2010). 2010-cu ildə İngiltərənin "Nyukasl" klubuna keçən futbolçu həmin vaxtdan bu komandada çıxış edir. "Anderlext" onu "Tvente"yə 2,5 milyona satıb, "Nyukasl" isə 4,28 milyon avroya alıb. Hazırda "Transfermarkt" futbolçuya 6 milyon avro qiymət qoyub.
 
Tiote 2009-cu ildən çağrıldığı Kot`D-İvuar millisində 52 oyun keçirib və 1 qol vurub. O, Belçika çempionluğunu (2 dəfə), Super Kubokunu (2), Hollandiya çempionluğunu (1) və Super Kubokunu (1) qazanıb.