Sumqayıt şəhər polisləri futbol turnirinin qalibi olublar

Sumqayıt Şəhər Gənclər və İdman İdarəsi və Regional Futbol Federasiyasının təşkilatçılığı ilə müəssisələr, idarələr və təşkilatlar arasında “Zəfər kuboku” adlı regional turnir keçirilib. 

Turnirdə Sumqayıt, Quba, Qusar, Xaçmaz, Xızı və bir sıra bölgələrdən komandalar qatılıblar. 

Yarışın qalibi polis leytenantı Əliyev Tural, baş serjant Rzayev Kənan, serjantlar Əliyev Ruhin, Paşayev Ruslan, Kərimov Emin, Sədiyev Nadir, Qurbanov mehman, Qarayev Nizami, Rəsulzadə Malik, Həsənov Pərvizdən ibarət Sumqayıt şəhər Polis İdarəsinin komandası olub. Onlar “Gilan Holding”in əməkdaşlarından ibarət komandanı, Fövqaladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət komandanı, Bulvar İdarəsinin mühavizə xidmətinin əməkdaşlarından ibarət komandanı, və STP komandasını üstələyiblər. Polislər sonda finalda SOCAR-ın əməkdaşlarından ibarət komandaya qalib gəliblər. 

Çempionat ərzində ən yaxşı komanda Sumqayıt şəhər Polis İdarəsinin komandası, ən yaxşı komanda rəhbəri Əliyev Tural, ən çox qol vuran Əliyev Ruhin olub. Yarışın ən yaxşı qapıçısı Paşayev Ruslan, ən yaxşı müdafiəçisi isə Rzayev Kənan seçiliblər.