Azərbaycan yığması gümüş medal qazandı
Bakıda keçirilən yunan-Roma güləşi üzrə Dünya Kubokuna bu gün yekun vurulub.
Yarışın sonuncu günündə ilk olaraq üçüncü yer uğrunda görüşdə Türkiyə və Dünya yığması üz-üzə gəlib. Ümumi hesab 5:5 olsa da, Dünya yığmasının üzvlərindən biri tuşe ilə qalib gəldiyi üçün komanda bürünc medal qazanıb.
Bundan sonra Azərbaycan və İran milliləri qızıl medal üçün qarşılaşıblar. Görüş 5:5 hesabı ilə başa çatıb. Ancaq İran yığması xal hesabında millimizi üstələyərək (20:19) yarışın qalibi olub.
Qeyd edək ki, Azərbaycan komandası B qrupunda, İran isə A qrupunda qalib olaraq finala yüksəlib.
6 noyabr
Yunan-Roma güləşi üzrə Dünya Kuboku
Final
Azərbaycan - İran - 5:5 (xallar 19:20)
55 kq
Eldəniz Əzizli - Poya Marz - 4:1
60 kq
Nihad Məmmədli - Mohsen Nejad - 4:5
63 kq
Taleh Məmmədov - İman Hüseyn Mohammedi - 0:8
67 kq
Həsrət Cəfərov - Danial Söhrabi - 5:1
72 kq
Ülvi Qənizadə - Mohammedeza Rustami - 4:3
77 kq
Sənan Süleymanov - Arif Həbibullahi - 7:1
82 kq
Rafiq Hüseynov - Mohammedhuseyn Mahmudi - 5:1
87 kq
Murad Əhmədiyev - Abulfəz Ali Çubani - 1:2
97 kq
Arif Niftullayev - Mehdi Balihamzede - 2:5
130 kq
Beka Kandelaki - Aliakbar Yusifahmedcali - 3:6