İbrahim Sehiç milliyə dəvət olundu
Bosniya və Herseqovina millisinin heyəti açıqlanıb. Olimpsport.az saytı xəbər verir ki, baş məşqçi Məhməd Bajdareviçin dəvət göndərdiyi futbolçular arasında “Qarabağ”ın qapıçısı İbrahim Şehiç də var.
Bosniyalılar DÇ-2018-in seçmə mərhələsində Estoniya ilə oyuna hazırlaşır. Şehiçin yığma komandası bu rəqibi ilə sentyabrın 6-da qarşılaşacaq.