
Mariya Stadnik Tovuz Gənclər Evində keçiriləcək təlimdə iştirak edəcək
Qadın güləşi üzrə 4 qat Olimpiya mükafatçısı, 2 qat dünya, 8 qat Avropa çempionu, iki qat Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının qalibi Mariya Stadnik noyabrın 18-də Tovuz Gənclər Evində gender bərabərliyi mövzusunda keçiriləcək təlimdə fəxri qonaq kimi iştirak edəcək. Daha sonra dünya şöhrətli idmançı Mariya Stadnikin Tovuz gəncləri ilə ayrıca səmimi görüşü təşkil olunacaq.
Xatırladaq ki, fəxri qonaqlar arasında Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti, əməkdar jurnalist Eldar İsmayılov və AİJA-nın güləş komissiyasının sədri, əməkdar məşqçi Ramin Allahverdiyev də iştirak edəcək.
Qeyd edək ki, təlim Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Gənc Hüquqşünaslar İctimai Birliyinin təşkil etdiyi mütəxəssislər tərəfindən həyata keçiriləcək.
Daha çox xəbər





AIPS-AİJA
10-01-2023
AIPS Avropa prezidenti Ç.Kamenzuli AİJA prezidenti Eldar İsmayılovu təbrik edib








Olimpiya Növləri
21-12-2022
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) iclası keçirilib















