
Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb
Azərbaycan ağırlıqqaldıranı Ömər Cavadov Türkiyənin paytaxtı Ankarada olimpiya çempionu Naim Süleymanoğlunun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə gümüş medal qazanıb.
73 kq çəki dərəcəsində çıxış edən idmançı birdən qaldırmada 138 kq-ı ram edib və bu hərəkətdə gümüş medala sahib çıxıb.
O, təkanla qaldırmada 155 kq-ın öhdəsindən gələrək bu hərəkətdə 6-cı, toplam 293 kq (138+155) nəticə ilə yekun sıralamada 4-cü yerə layiq görülüb.
Eyni çəkidəki İsa Rüstəmov 285 kq-la (130+155) 6-cı olub.
Daha çox xəbər









Digər növlər
30-09-2023
Gənclər və İdman Nazirliyi tərəfindən daha bir idman zonası istifadəyə verilib






Xarici futbol
26-09-2023
İsveçin "Hakken" klubu "Qarabağ"la oyundan əvvəl üç futbolçusu ilə müqaviləni yeniləyib










Olimpiya Növləri
24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

Olimpiya Növləri
24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər



