Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirə start verilib
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirə start verilib
Qeyd edək ki, oyunlar həftənin şənbə və bazar günləri saat 10:00–15:00 aralığında keçiriləcək.
Gənclər və İdman Nazirliyinin Mətbuat Xdməti

Daha çox xəbər
Ölkə futbolu
21-01-2026
“Qarabağ”ın “Ayntraxt”la oyun ərəfəsində keçirdiyi son məşqdən görüntülər – Şəkillər

Məlumat üçün bildirək ki, ümumilikdə 52 dövlət qurumu – nazirlik, komitə, səhmdar cəmiyyət, agentlik digər strukturların təmsil olunduğu yarış hər birində 13 komanda olmaqla, 4 qrupda start götürəcək. 19 noyabr 2022-ci il – 6 may 2023-cü il tarixlərini əhatə edən turnir 4 mərhələli (İlkin mərhələ; İlkin mərhələ – “Play-off”; İkinci mərhələ; “4-lər finalı”) sistem üzrə keçirilir. İlkin mərhələdə püşkatma vasitəsilə komandalar A, B, C və D qruplarında mübarizəyə başlayır. Hər qrupda 13 komandanın iştirak edəcəyi ilkin mərhələ bir dövrədən ibarət olur. Bu mərhələdə ilk 8 yeri tutan komandalar ilkin mərhələnin “Play-off”una vəsiqə qazanır. “Play-off”da 32 komanda iştirak edir. Bu mərhələdə qalib komandalar (16 komanda) turnirin ikinci mərhələsinə vəsiqə qazanır. İkinci mərhələdə komandalar A, B, C və D qruplarında mübarizəyə başlayır. Hər qrupda 4 komandanın iştirak edəcəyi ikinci mərhələdə yalnız qrup qalibləri “4-lər finaI”ına vəsiqə qazanır. “Dördlər finalında” 4 komanda ilk olaraq yarımfinalda qarşılaşır. Yarımfinal oyununun qalibləri finala vəsiqə qazanır, məğlub komandalar 3-cü yer uğrunda qarşılaşır.