DÇ-2022: 1/4 final mərhələsinə ilk vəsiqəni Niderland millisi qazanıb

Niderland millisi Qətərdə keçirilən dünya çempionatında 1/4 finala vəsiqə qazanıb.

1/8 final mərhələsində ABŞ yığmasına 3:1 hesabı ilə qalib gələn kollektiv növbəti raunda yüksəlib.

İlk qolu 10-cu dəqiqədə Avropa təmsilçisinin heyətində Memfis Depay vurub. 45+1-ci dəqiqədə Deyli Blind fərqi iki topa çatdırıb. Amerikalılar 76-cı dəqiqədə Hadji Raytın qolu ilə ümidlənib. Lakin 81-ci dəqiqədə Denzel Dümfriz yenidən fərqi iki topa çatdırıb və görüşdə son nöqtəni qoyub.

Qələbə sayəsində 1/4 finala adlayan Niderlandın bu mərhələdəki rəqibi Argentina – Avstraliya cütünün qalibi olacaq. 1/4 final matçı dekabrın 9-da keçiriləcək.