DÇ-2022: İngiltərə millisi 1/4 finalda Fransaya rəqib olub

Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinin daha bir oyunu keçirilib.

Seneqal yığmasını 3:0 hesabı ilə darmadağın edən İngiltərə adını 1/4 finala yazdırıb.

İlk qolu 39-ci dəqiqədə Cordan Henderson vurub. Birinci hissəyə əlavə olunmuş 3-cü dəqiqədə kapitan Harri Keyn fərqi 2 topa çatdırıb. Görüşdə son nöqtəni isə 57-ci dəqiqədə fərqlənən Bukayo Saka qoyub.

İngiltərə millisi bu qələbə ilə növbəti raundda Fransa kollektivinə rəqib olub.

Qeyd edək ki, daha əvvəl Niderland və Argentina yığmaları 1/4 finala yüksəlib.