DÇ-2022-də ilk yarımfinalçılar müəyyənləşdi

Bu gün DÇ-2022-də 1/4 final mərhələsinə start verilib.

İlk oyun gününə iki görüş keçirilib. Turnirin əsas favoritlərindən sayılan Braziliya millisi Xorvatiya ilə qarşılaşıb. Görüşün əsas vaxtında qalib müəyyənləşmədiyi üçün oyun əlavə vaxta uzadılıb. Tərəflər hərəyə bir qol vurduğundan oyun penaltilər seriyası ilə davam edib. Burada Xorvatiya daha dəqiq olub və yarımfinala adlayıb. Braziliya millisi sensasiyalı şəkildə mübarizəni dayandırıb.

Digər oyunda isə Argentina və Niderland yığmaları üz-üzə gəlib. Bu oyun da dramatik məcrada keçib. Argentina 2:0 hesablı üstünlüyünü qoruya bilməyib. Niderland millisi son dəqiqədə hesabı 2:2 edə bilib. Oyun penlatilər seriyasına qədər uzanıb. Burada isə Argentina üstün olub və yarımfinala yüksəlib. Argentina millisinin qapıçısı Emiliano Martinez rəqibin iki penaltisini dəf edib.

Beləliklə, yarımfinalın ilk cütlüyü müəyyənləşib. Dekabrın 13-də Xorvatiya və Argentina milliləri final uğrunda qarşılaşacaq.

9 dekabr

DÇ-2022

1/4 final mərhələsi

23:00. Niderland - Argentina - 2:2 (Penaltilər seriyası - 3:4)

Qollar: Nahuel Molina, 35 (0:1), Lionel Messi, 73-pen. (0:2), Vaut Veqhorst, 83 (1:2), 90+11 (2:2)

Penaltilər seriyası

Niderland: - - + + + 

Argentina: + + +  - +

Baş hakim: Migel Mateu Laos (İspaniya)

"Lusail" stadionu

19:00. Xorvatiya - Braziliya - 1:1 (Penaltilər seriyası - 4:2)

Qollar: Neymar, 105+1 (0:1), Petkoviç, 117 (1:1)

Penaltilər seriyası

Xorvatiya: + + + +

Braziliya: - + + -

Baş hakim: Maykl Oliver (İngiltərə)

"Edyukeyşn Siti" stadionu

10 dekabr

19:00. Mərakeş - Portuqaliya

23:00. İngiltərə - Fransa