Superliqa klubunda yeni baş məşqçi
Türkiyənin “Adanaspor” klubunun yeni baş məşqçisi bəlli olub.
Olimpsport.az xəbər verir ki, bu barədə klub prezidenti Bayram Akgül öz tvitter səhifəsində yazıb.
Superliqa təmsilçisini bosniyalı məşqçi Krunoslav Jurçiç çalışdıracaq. Onunla sabah iki illik müqavilə imzalanacaq.
Qeyd edək ki, 46 yaşlı mütəxəssis indiyədək “Dinamo” (Zaqreb), “Lokomotiv” (Zaqreb) və “Maribor”u çalışdırıb.