
AİJA ilə Pakistan İdman Yazarları Federasiyası "Rəqəmsal İdman Jurnalistikası" təlimi keçirəcək
"Rəqəmsal İdman Jurnalistikası" Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) və Pakistan İdman Yazarları Federasiyasının (PSWF) birgə təşkilatçılığı ilə dekabrın 20-24-ü aralığında keçiriləcək
Olimpsport.az xəbər verir ki, Esat Yilmaer idman jurnalistikasında dünyada tanınan isimlərdəndir. O, 1956-cı ildə İstanbulda anadan olub, İstanbul Universitetinin İletişim (kommunikasiya) fakültəsində ali təhsil alıb, 18 yaşından mediada çalışır. "Türk Haber Ajansı", “Hürriyet” qəzetində idman müxbiri, idman şöbəsinin müdiri işləyib, Türkiyə İdman Yazarları Dərnəyində (TSYD) İcraiyyə Komitəsi üzvü, beynəlxalq əlaqələr katibi, başqan müavini, nəhayət, 2006–2012-ci illər arasında TSYD prezidenti olub. Türkiyə Jurnalistlər Cəmiyyəti və Türkiyə Milli Olimpiya Komitəsi İcraiyyə Komitələrinin üzvü olub. Uzun illərdir AİPS-in 1-ci vitse prezidentidir. Esed Yılmaer dünən bitən futbol üzrə dünya çempionatını Qətərdən canlı izləyib və AİJA-nın təlimində jurnalistika sahəsində gördüyü yeniliklərdən danışacaq. Qeyd edək ki, Azərbaycanla yanaşı Pakistan, Əfqanıstan, Şri Lanka, Nepal və başqa ölkələrdən 100-ə yaxın iştirakçının qeydiyyatdan keçdiyi təlimdə AIPS prezidenti Canni Merlo, AIPS EUROPE prezidenti Çarls Kamenzuli, AIPS ASİA-nın baş katibi, AIPS İK üzvü, Pakistanın “Daily Jang” qəzetinin redaktoru Amjat Malik Əziz, AIPS-in 1-ci vitse prezidenti Esat Yilmaer, "Qətər 2022"nin Azərbaycandakı rəsmi yayımcısı İctimai TV-nin əməkdaşı, AİJA-nın versiyasına görə "İlin jurnalisti" seçilmiş Elnur Əliyev və peşəkar jurnalist, Pakistan İdman Yazarları Federasiyasının üzvü Asif Xan öz tövsiyyə və təcrübələrini bölüşəcəklər.
Təlim sabah saat 19:00-da start götürəcək və dekabrın 24-də bitəcək.
Daha çox xəbər




17-05-2023
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası "Qalatasaray" la dostluq görüşünə çıxır












10-01-2023
AIPS Avropa prezidenti Ç.Kamenzuli AİJA prezidenti Eldar İsmayılovu təbrik edib








21-12-2022
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) iclası keçirilib




