Aleksandra Maksimova: "Autizmli uşağımı həyata qaytardım, indi başqalarına kömək edirəm"
Aleksandra Maksimova: “Autizmli uşağımı həyata qaytardım, indi başqalarına kömək edirəm”
Maliyyəçi Alexandra Maksimova sağlam oğlan dünyaya gətirdi, lakin oğlu bir yaşında olanda, sözün əsl mənasında, bir gündə əlil oldu. Kəskin beyin zədələnməsi ona gətirib çıxardı ki, 10 yaşında olmasna baxmayaraq uşaq bezi taxırdı və yalnız qeyri-müəyyən səslər çıxara bilirdi. Bir sözzlə, Aleksandranın hər günü çətinliklərlə dolu idi. Müraciət etdiyi onlarca tanınmış tibb mütəxəssisi heç bir kömək edə bilmədi. Amma, ana ümidli idi. Qəlbinin dərinliklərində sankı möhtəşəm bir səs eşidilirdi - “ümidini üzmə, dərd varsa, əlacı da mütləq olmalıdır!” Bu ümidlə oğlunun reabilitasiyası ilə özü məşğul olmağa başladı. Hər gün müsbətə doğru bir addın, hər gün bir uğur... İllər keçdi. Sanki, möcüzə baş verdi. Bu gün oğlunun 15 yaşı var. Məktəbə gedir, idmanla məşğul olur...
Alexandra Maksimovanın gərgin zəhməti bahasına gerçəkləşən bu möcüzə, onun sayəsində bu yazının müəllifinin, eləcə də Aleksandra xanımın diaqnostika və reabilitasiya metodunu sınaqdan keçirmiş yüzlərlə uşaqlarin, böyüklərin də karına gəlir. Maksimova uğurlu maliyyəçi kimi tanınsa da, əsl karyerasına tibb sahəsində yiyələnib. 16 yaşında o, hərbi hospitalın reanimasiya şöbəsində, sonra uşaq onkohematologiyası şöbəsində işləyib. Bir tibb məktəbi də yaratmışdı. Lakin, nədənsə, bir müddət tibbdən ayrılası oldu.
Oğlunun dünyaya gəlməsındən bir il əvvəl eyni vaxtda iki magistr dərəcəsinə yiyələndi – klinik psixologiya, iqtisadiyyat. Oğlunun ilk doğum gününü qeyd etdikdən bir müddət sonra İskəndər uşağın dəhşətli diaqnozu – ağır formada, sağalmaz hesab edilən atipik autizm olduğunu öyrəndi. Və sonra, yuxarıda bəhs etdiklərim...
Bu, qəhrəmanımın tibbə, klinik psixologiyaya qayıtmasına, türklər demiş, nədən oldu. "Oğlum bir yaş bir aylıq olanda gözlənilməz bir vəziyyət yarandı. 48 saat ərzində o, sanki heyvana çevrildi. Məni və ətrafındakıları tanımağı dayandırdı, vücudu anlaşılmaz ləkələrlə örtüldü. Dəhşət hissi keçirdim, övladımı itirəcəyimin faciəsini yaşadım. Allahıma yalvarmaqdan, səcdə etməkdən başqa şarəm qalmadı. həkimlərin cabaları da boşa çıxdı...”
Maksimova xatırlayır. Pediatrlar, nevroloqlar və psixoterapevtlər ancaq çiyinlərini çəkdilər. Çarəsiz ana oğlunu ən yaxşı mütəxəssislərlə müayinə etdi, lakin heç başadüşülən cavab verə bilmədi. "Atipik autizm" diaqnozu yalnız 4 aydan sonra qoyuldu ... “Maliyyə imkan verdi, mən oğlumu səhiyyənin ən inkişaf etdiyi İsrailə, Almaniyaya, ABŞ-a apardım. Ancaq heç bir yerdə, hətta uşağın vəziyyətini sabitləşdirmək üçün mənə kömək edə bilmədilər. Onun 10 yaşı olanda başqa bir professorun qəbulunda mənə dedilər: “Sən cavansan, onu internat məktəbinə qoy, yaxşılaşmayacaq, özünə daha çox uşaq dünyaya gətirəcəksən”. Oğlumu doqquz il dünyanı gəzdirdim, dərdimizə çarə tapa bilmədim. Ancaq bir həkim kimi ümidimi üzmədim. Əmin idim ki, oğlum sağlam həyata qayıdacaq. Bir vaxtlar tibb fakültəsində oxuduğum kitablarla yatıb-durdum. Oxudum, hafizəmi təzələməyə cəhd etdim" – deyə Saşa xatırlayır. Bir neçə ay ərzində Maksimova 24/7, zəncirə, qurana qədər elmi ədəbiyyat oxudu: - əsl səbəbi tapdı. Sən demə, oğlunun beyni peyvəndlə birlikdə, bir infeksiya ilə məhv edilibmiş. Peyvənddən əvvəl mütəxəssislər uşağın vəziyyətini diqqətlə öyrənməyiblər. Hüceyrə yaddaşı əvəzinə beyinə fəsad verən infeksiyaları, o cümlədən vərəmi qəbul ediblər. Düzgün nəticəyə gələn Aleksandra təsirlənmiş orqanizmi bərpa etməyə başladı və arzuladığı nəticəyə gəldi. Vəziyyət mədə-bağırsaq traktının düzgün işləməməsi ilə ağırlaşib. Nahiyyə sabitləşənə qədər uyğun bir pəhriz tapmaq üçün bir çox aylar lazım gəldi. Bu yalnız başlanğıc idi. Ardıcıl məqsədyönlü prosedurlar, qan dövranının sabitləşdirilməsi və s. Hamısı üç il çəkdi.
Aleksandra deyir: "İndi oğlumun 15 yaşı var. İdman seksiyalarına gedir, xizək sürməyi sevir, kafelərdə əylənir. Çoxlu dostları var, tam hüquqlu sosial həyat sürür, adi məktəbə gedir, amma dərsdən sonra bir defektoloqla fərdi dərslərə qalır. Çünki danışa bilmir və çətin ki, danışa... Əgər beyin hələ plastik ikən bir az əvvəl sağalmağa başlasaydı, bu problemi də həllini tapardı. Təəssüf, bu vaxt uşaqdan xilas olmaq üçün mənə yalnız "dəyərli" məsləhət verən həkimlərə sərf olundu. İndi oğlum mükəmməl ünsiyyət qurur: məsələn, siyasətlə bağlı söhbətləri başa düşür, verilən suallara başını tərpətdirir və ya cavabı qadjet (smartfon) ekranında çap edir. Olduqca şən və dürüst yeniyetmədir.” Təəccüblənərək "Bu necə mümkündür?" sualını verən həkimlərə və yüksək ixtisaslı mütəxəssislərə Maksimova cavabı bu olur: “Anlaşılmaz və araşdırılmamış autizmdə hər şeyi silmək yox, deyil, hər bir vəziyyətdə səbəbi tapmaq lazımdır.”
Tədqiqatları nəticəsində Alexandra ondan çox elmi məqalə yazıb, beynin işinə mane olan kəskin məqamları müəyyən etmək mümkünlüyünə nail olub, beynin asta elektrik dalğası ötürmək fəaliyyətini öyrənib, məlumatları şərh etmək və sonra reabilitasiya marşrutunu müəyyənləşdirmək üçün xüsusi avadanlıqdan istifadəni mənimsəyib. Nəticədə öz diaqnostika texnikasına rəsmi patent alıb. Aleksandra deyir ki, işlətdiyim cihaz sovet alimlərinin çoxdankı nailiyyətidir. Mən burada heç nə icad etməmişəm. Yeniliyim ondan ibarətdir ki, bu cihaz vasitəsilə həm də beynin dərin təbəqələrinin xüsusiyyətlərini öyrənirəm.
Nurlana Əliyeva