Azərbaycan güləşçiləri Almaniyadan iki medalla qayıdıblar

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasında (AİJA) uzun illərdən bəri futbol, güləş, tennis, voleybol və digər populyar idman növləri üzrə ixtisaslaşdırılmış komissiyalar fəaliyyət göstərir. Bu komissiyalar idman jurnalistlərinin konkret idman sahələri üzrə biliklərə yiyələnmələri ilə yanaşı, bilavasitə idman komandalarının da formalaşmasına xidmət edir.
Assosiasiyadan AZƏRTAC-a bildiriblər ki, AİJA-nın iki güləşçisi Almaniyadan yeni qayıdıb. Onlar Lüdviqşafen şəhərində 17 yaşadək sərbəst güləşçilər arasında 15-ci dəfə təşkil edilən Paul Klein açıq turnirində uğur qazanıblar. Ölkənin müxtəlif əyalətlərindən və Belçikadan 200-ə yaxın idmançının qatıldığı turnirdə Saleh Şahverdiyev (65 kq) qızıl, Riad İsmayılov (80 kq) bürünc mükafat qazanıb. Komandamızın rəhbəri, AİJA Güləş komissiyasının sədri, Əməkdar məşqçi Ramin Allahverdiyev də mükafatsız qalmayıb. O, yarışın təşkilatçıları tərəfindən fəxri kuboka layiq görülüb.
Qeyd edək ki, AİJA-nın minifutbol yığması 2017-ci ildə Moldova paytaxtı Kişinyovda keçirilən beynəlxalq media kuboku yarışlarında ikinci olub. Həmin komanda müxtəlif illərdə “Neftçi” veteranları ilə yaddaqalan yoldaşlıq görüşləri də keçirib.
Ötən ay U-20 ölkə çempionatında AİJA təmsilçisi Səbuhi Yunusov mükafata layiq yer tutaraq respublika güləş yığmasına vəsiqə qazanıb.


Daha çox xəbər
10-12-2025
“Hakimin verdiyi qərar bizi də tərəddüdə saldı”, – “Sumqayıt”ın məşqçisi bildirib
10-12-2025
“Sumqayıt” “İmişli” üzərində, “Araz-Naxçıvan” isə “Kəpəz” qarşısında qələbə əldə etdi
10-12-2025
"Qarabağ"ın “Ayaks”la matç öncəsi keçirdiyi son məşqdən görüntülər – Şəkillər
08-12-2025
"Qəbələ" – "Turan Tovuz" matçının qalan hissəsi sabah keçiriləcək deyə deyil – Rəsmi açıqlama
08-12-2025
Sözügedən açıqlama klub daxilində gərginlik yaradıb – “Liverpul”da ciddi narazılıq yaşanır
08-12-2025
Millimizin iki boksçusu dünya çempionatının ilk döyüşlərini qələbə ilə başa vurdu
