Memarlıq və İnşaat Universitetində Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş güləş yarışı keçirilib
Mayın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetinin təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş sərbəst güləş üzrə açıq birincilik keçirilib.
Birincilikdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin və kollecinin tələbələri daxil olmaqla Azərbaycan Tibb Universiteti, Azərbaycan Texniki Universitetinin ümumilikdə 50 idmançısı öz qüvvəsini sınayıb.
Yarışın təntənəli açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Daha sonra yarışın rəsmi açılış mərasimində Universitet rəhbərliyi yarışın mahiyyəti haqqında o cümlədən ulu öndər Heydər Əliyevin həyat yolunda bəhs ediblər.
Yarışda fəxri qonaq kimi iştirak edən yunan-Roma güləşi üzrə dünya və Avropa çempionatının mükafatçısı Taleh Məmmədov, pəhləvan güləşi üzrə dəfələrlə dünya və Avropa çempionu Vüsal Cavadov, Bakı Şəhər İdman və Baş İdarəsinin nümayəndələri də yarış haqqında öz təəssüratlarını bölüşüblər.
Yarışda yer tutmuş idmançılar AzMİU tərəfindən təsis edilmiş diplom, medal və Milli Olimpiya Komitəsinin hədiyyələri ilə mükafatlanıblar.
Qeyd edək ki, komanda hesabında AzMİU 1-ci, AzTU 2-ci və Azərbaycan Tibb Universiteti 3- cü olub