
Əməkdar məşqçi Ceyhun Ağamalıyevin 50 illik yubileyi münasibətilə yarış təşkil olunub
Bu gün sərbəst güləş üzrə Respublikanın əməkdar məşqçisi, Ceyhun Ağamalıyevin 50 yaşı tamam olur.
Cəlilabad güləş məktəbinin yetirməsi olan Ceyhun Ağamalıyev idmançı kimi Respublika və beynəlxalq yarışların mükafatçısı olub. O, veteranlar arasında da dünya çempionatında mükafat qazanıb. Məşqçi kimi isə respublika, dünya və Avropa birinciliklərində mükafata layiq yerlər qazanmış pəhləvanlar yetişdirib.
Qeyd edək ki, bu gün doğma Cəlilabadda Ceyhun müəllimin yubileyinə həsr olunmuş sərbəst güləş üzrə açıq birincilik təşkil olunub.
Ömrünün böyük hissəsini güləşə həsr edən təcrübəli mütəxəssisi 50 yaşı tamam olması münasibətilə həm redaksiyamız, həm də güləşsevərlər adından təbrik edir, ona uzun ömür can sağlığı arzu edirik.
Daha çox xəbər







24-09-2023
Azərbaycanın daha bir cüdoçusu “Böyük dəbilqə” turnirində qızıl medal qazanıb

24-09-2023
Qadın həndbolçularımız Avropa Həndbol Federasiyası kuboku çərçivəsində ilk oyunlarını keçiriblər







21-09-2023
AFFA-da 2024/25-ci illər lisenziyalaşdırma mövsümünün açılış iclası keçirilib

21-09-2023
Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda beşinci medalı qazanıb


21-09-2023
Çempionlar Liqası: "Qalatasaray" heç-heçə edib, "Real Madrid" qələbə qazanıb











