
Qurban Qurbanov dünya ədalətli oyunlar diplomuna layiq görülüb
“Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov Beynəlxalq Ədalətli Oyunlar Komitəsi (CIFP) Şurası tərəfindən yüksək mükafata –“Jean Borotra - Karyera” kateqoriyasında dünya ədalətli oyunlar diplomuna layiq görülüb.
Azərbaycan İdman Jurnalistləri Assosiasiyasından (AİJA) OLİMPSPORT-a bildiriblər ki, Ağdam təmsilçisinin baş məşqçisi 2022-ci ildə idman dünyasında ədalətli oyunun təşviqi sahəsində nümunəvi nailiyyətlərin tanınmasına görə təltif olunacaq.
Eyni zamanda CIFP-in prezidenti Jenö Kamuti AİJA vasitəsilə baş məşqçiyə məktub göndərib. Mütəxəssis mükafatların təqdimetmə mərasiminə dəvət olunub və gələcək karyerasında uğurlar arzulanıb.
Qurban Qurbanov bu mükafata 2022-ci il fevralın 24-də UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin "Qarabağ" - "Marsel" oyunundakı ədalətli jestinə görə layiq görülüb.
Daha çox xəbər




17-05-2023
Azərbaycan İdman Jurnalistləri Assosiasiyası "Qalatasaray" la dostluq görüşünə çıxır












10-01-2023
AIPS Avropa prezidenti Ç.Kamenzuli AİJA prezidenti Eldar İsmayılovu təbrik edib








21-12-2022
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) İcraiyyə Komitəsinin (İK) iclası keçirilib




