Samuel Armenteros keçmiş klubuna geri qayıdıb

"Qarabağ"dan ayrılan Samuel Armenterosun yeni klubu müəyyənləşib. Olimpsport.az xəbər verir ki, o  karyerasını Hollandiyada davam etdirəcək.
 
26 yaşlı futbolçu bu ölkərin güclülər dəstəsində çıxış edən "Herakl" klubuna keçib. Armenteros artıq yeni klubu ilə müqavilə imzalayıb.
 
Qeyd edək ki, Armenteros 2015/16 mövsümündə "Qarabağ"da 32 oyun keçirib və 11 qol vurub. O, 2009-2013-cü illərdə "Herakl"da çıxış edib.