Azərbaycan millisi tarixə düşdü!

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi tarixə düşüb.

Olimpsport.az saytının məlumatına görə, bu gün Avropa çempionatında Portuqaliya ilə üz-üzə gələcək yığmamızın dünən mətbuat üçün açıq məşqi olub. Bu isə UEFA-nın tarixində ilk haldır. Buna qədər 17 yaşlıların Avropa çempionatı zamanı heç bir yığma komandanın mətbuat üçün açıq məşqi olmayıb.

Məlumatı saytımıza açıqlamasında Bakıda turnirin UEFA media direktoru Taras Mukovoz da təsdiqləyib. 

Mənbə: Futbolxeber.az