Fərid Qayıbov Malayziya Olimpiya Şurasının prezidenti ilə görüşüb
Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycanda səfərdə olan Malayziya Olimpiya Şurasının prezidenti Məhəmməd Norza Zəkəriyyə və Malayziya Badminton Akademiyasının icraçı direktoru Mişel Çayı qəbul edib.
"Olimpsport" "Report"a istinadən xəbər verir ki, qonaqları salamlayan F.Qayıbov onları Bakıda görməkdən məmnun olduğunu bildirib, ölkədə idman sahəsində görülən işlərdən danışıb.
Qonaqlar səmimi qəbula görə təşəkkür ediblər. Görüş zamanı iki ölkə arasında badminton sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüşdə nazir müavini Mariana Vasileva, Azərbaycan Badminton Fedesiyasının prezidenti Taleh Ziyadov və baş katib Ramil Hacıyev iştirak ediblər.