Millətlər Liqası: "Dördlər finalı"nda növbəti yarımfinal oyunu keçiriləcək

UEFA Millətlər Liqasının "Dördlər finalı"nda bu gün ikinci finalçı bəlli olacaq.

"Olimpsport" xəbər verir ki, yarımfinal mərhələsinin digər oyununda İspaniya və İtaliya yığmaları qarşılaşacaqlar.

Niderlandın Ensxede şəhərindəki "Tvente stadionu"nda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək.

Bu matçın qalibi finalda Xorvatiya millisinə rəqib olacaq.

UEFA Millətlər Liqası
"Dördlər finalı"
Yarımfinal
15 iyun

22:45. İspaniya - İtaliya
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Rotterdam, "Feyenoord Stadionu"

Qeyd edək ki, "Dördlər finalı"nda həlledici oyun iyunun 18-də keçiriləcək.