"Qalatasaray" İslandiya millisinin üzvünü heyyətinə qatır

Türkiyənin "Qalatasaray” klubu növbəti transferini həyata keçirib. Olimpsport.az xəbər verir İstanbul təmsilçisi Kolbeyn Siqtorssonla razılığa gəlib.
 
İslandiya millisinin üzvü ötən gün tibbi müayinədən keçmək üçün İstanbula uçub. O, gün tibbi müayinədən keçdikdən sonra "sarı-qırmızılar”la münasibətlərini rəsmiləşdirəcəck. Müqavilə ilə Fransanın "Nant” klubuna məxsus 26 yaşlı hücumçu növbəti mövsümü icarə əsasında "Qalatasaray”da keçirəcək.
 
Qeyd edək ki, Siqtorsson ötən mövsüm 3,8 milyon avro qarşılığında "Ayaks”dan "Nant”a transfer olunub. O, Fransa klubunun  heyətində çıxdığı 31 matçda 4 qol vurmağı bacarıb.