Fatih Terim Səudiyyə Ərəbistanı millisinin baş məşqçisi ola bilər

Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim Səudiyyə Ərəbistanı yığmasını çalışdıra bilər.

"Olimpsport" yerli mətbuata istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis bu vəzifəyə əsas namizədlərdən biridir.

Hazırda tərəflər arasında danışıqların davam etdiyi bildirilib. Səudiyyə Ərəbistanı Futbol Federasiyası təcrübəli məşqçi ilə yanaşı, daha bir neçə variantı nəzərdən keçirir.

Qeyd edək ki, Fatih Terim son olaraq 2017-2022-ci illərdə "Qalatasaray"a başçılıq edib.