“Çelsi” 60 milyon avroya hücumçu transfer edib

İngiltərənin “Çelsi” klubu 60 milyon avroya futbolçu transfer edib.

"Olimpsport" Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Almaniyanın “Leyptsiq” klubunun hücumçusu Kristofer Nkunku ilə münasibətlər rəsmiləşib.

26 yaşlı forvard yeni komandası ilə 6 illik müqavilə imzalayıb. Fransa millisinin üzvü iyulun 1-dən etibarən londonluların oyunçusu sayılacaq.

Qeyd edək ki, Fransanın PSJ klubunun yetirməsi olan Kristofer Nkunku 2019-cu ildən bəri “Leyptsiq”in formasını geyinib.