FİFA referisinin oğluna kömək lazımdır
Azərbaycanlı FİFA referisi Orxan Məmmədovun 10 aylıq oğlu
Nemət Məmmədov beynin normal inkişafının pozulmasından
əziyyət çəkir.
Olimpsport.az- məlumatına görə, 4 dəfə Bakıda əməliyyat olunan
körpə artıq xaricdə müalicə almalıdır.
Onun beyninə su yığılır. Azərbaycanda həkimlər körpənin
yaşamayacağı diaqnozunu qoyublar. Nemətin yaşaması üçün
Moskvada əməliyyat olunması lazımdır. Lakin valideynlərinin
buna imkanı çatmır.
Bu barədə danışan referi Orxan Məmmədov hazırda əməliyyat
üçün lazımı məbləği toplamağa çalışdığını bildirib:
“Azərbaycanda həkimlər onun artıq müalicəsinin mümkün
olmadığını bildiriblər. Amma oğlum Moskvada endoskopiya
olmalıdır. Bundan sonra müalicəsi davam etdirilə bilər. Bunun
üçün maddi yardıma ehtiyacım var”.
Ona yardım etmək üçün bank hesabı da mövcuddur.