Şahmat olimpiadası üçün poçt markası
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka” MMC əlamətdar hadisələrə həsr olunan yeni markalar dövriyyəyə buraxıb. Olimpsport.az-ın "Report"a istinadən məlumatına görə, "Azərmarka"nın nəşr etdiyi növbəti markalar 42-ci Ümumdünya Şahmat Olimpiadasına həsr edilib.
Bu seriyada 5 poçt markası dövriyyəyə buraxılıb. Nəfis dizaynda hazırlanan blokun üzərində yer alan poçt markalarının hər birinin nominal dəyəri 0,5 manat təşkil edir.
Qeyd edək ki, 42-ci Ümumdünya Şahmat Olimpiadası bu il sentyabrın 1-dən 14-dək Bakıda baş tutacaq.
Xatırladaq ki, "Şahmat üzrə Dünya Kuboku. Bakı-2015” adlı markası İtaliyada "L'arte del francobollo” jurnalı tərəfindən "Ayın ən orijinal markası” seçilib.