İtaliya mətbuatı: “Milan” Arda Güləri transfer etmək istəyir

İtaliyanın “Milan” klubu “Fənərbağça”da çıxış edən 17 yaşlı yarımmüdafiəçi Arda Güləri transfer etmək istəyir.

"Olimpsport" İtaliya mətbuatına istinadən xəbər verir ki, “Milan” və “Fənərbağça” arasında Arda Gülərlə bağlı danışıqlar olub. “Milan” 17,5 milyon avro ödəməyə hazırdır.

Mənbənin bildirdiyinə görə, “Milan” təmsilçisi bu transferdə israrlıdır və onu tez bir zamanda rəsmiləşdirmək niyyətindədir.

Arda Gülər uğrunda mübarizədə “Milan” klubunu “Barselona”nı qabaqlayır.

Qeyd edək ki, Arda Gülər Türkiyədə ən istedadlı futbolçu hesab olunur. O, cari mövsümdə Türkiyə Super Liqasında 20 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.