Levandovski 600 qola çatan üçüncü futbolçu olub: “Siftə”ni Azərbaycan klubu ilə oyunda edib
Polşa millisinin futbolçusu Robert Levandovski peşəkar karyerasında vurduğu qol sayını 600-ə çatdırıb.
"Olimpsport" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, 35 yaşlı hücumçu XXI əsrdə bunu reallaşdıran üçüncü oyunçu kimi tarixə düşüb.
Daha əvvəl 2017-ci ildə Kriştianu Ronaldu, 2018-ci ildə isə Lionel Messi 600 qola çatıb.
Levandovskinin 600-cü qolu AVRO-2024-ün seçmə mərhələsində Moldova (2:3) ilə matça təsadüf edib. Onun “siftə”si isə Azərbaycan klubu ilə görüşdə baş tutub. Belə ki, Levandovski 2008-ci ildə ölkəsinin “Lex” komandasının heyətində UEFA Kubokunda (indiki Avropa Liqası) “Xəzər Lənkəran”la qarşılaşmada ilk peşəkar qoluna imza atıb.
Forvard 15 il ərzində orta hesabla hər il 40 dəfə rəqib qapılarına yol tapıb.