Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Canni İnfantino Klublararası Dünya Çempionatının iştirakçılarının sayını artırmaq niyyətindədir.
Olimpsport.az TASS-a istinadən xəbər verir ki, "Frankfurter Allgemeine Zeitung" nəşrinin məlumatına görə, C.İnfantino artıq FİFA-nın yüksək vəzifəli şəxslərinə turnir formatının genişləndirilməsi ilə bağlı proqram təqdim edib. Ehtimal olunur ki, iştirakçı sayının 16 və ya 32-dək artırılması planlaşdırılır. Qəzet bu addımları təşkilatın gəlirlərini artırmaq istəyi ilə bağlayır.
Hazırda hər ilin dekabr ayında keçirilən Klublararası Dünya Çempionatında qitələrinin ən güclüsü olmuş 6 klubla yanaşı, turnirə ev sahibliyi edən ölkənin çempionu iştirak edir.
Qeyd edək ki, əvvəllər İnfantino dəfələrlə dünya çempionatının iştirakçılarının sayının 32-dən 40 komandaya qədər artırılması ideyası ilə çıxış edib.