Qadın güləşçimiz Gültəkin Şirinova U-20 Avropa çempionatında ikinci olub
İspaniyanın Santyaqo de Kompostela şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.
"Olimpsport" xəbər verir ki, qadın güləşçimiz Gültəkin Şirinova (53 kq) fransalı Lauri Lesaffre (14:4), slovakiyalı Kristina Basix (14:6) və türk Emine Çakmaka (4:1) qalib gələrək Avropa çempionatının finalına yüksəlib.
Gəncə güləş məktəbinin yetirməsi finalda ukraynalı Mariya Yefremova qarşılaşıb. Rəqibinə 0:2 hesabı ilə uduzan G.Şirinova Avropa ikincisi olub.
Nərgiz Səmədova (57 kq) bolqarıstanlı Nesrin Süleymanova (3:0) və xorvatiyalı Lana Noqiçə (11:1) qalib gələrək yarımfinala vəsiqə qazanıb. N.Səmədova finalın bir addımlığında ukraynalı Alina Filipoviçlə bacarmayıb - 0:11. Mingəçevir güləş məktəbinin yetirməsi bürünc medal uğrunda türk Şevval Çayırla güləşib. Rəqibinə müqavimət göstərə bilməyən (0:10) güləşimiz 5-ci yerlə kifayətlənib.