İngiltərədə ilk dəfə qadın mütəxəssis kişilərdən ibarət komandanın baş məşqçisi olub
İngiltərədə ilk dəfə qadın mütəxəssis kişilərdən ibarət peşəkar futbol komandasının baş məşqçisi təyin olunub.
"Olimpsport" xəbər verir ki, Hanna Dinqli İngiltərə 1-ci Liqasında (səviyyəcə üçüncü liqa) çıxış edən "Forest Qrin Rovers"in sükanı arxasına keçib.
40 yaşlı mütəxəssis bu postda Dankan Ferqyusonu əvəzləyib.
Qeyd edək ki, Hanna Dinqli daha əvvəl klubun akedemiyasının rəhbəri olub.