Ulduz futbolçu vida matçında göz yaşlarına hakim ola bilmədi

Bastian Şvanştayger Almaniya millisinin heyətində son matçına çıxıb. Olimpsport.az xəbər verir ki, "Mançester Yunayted”in yarımmüdafiəçisinin son oyunu Almaniya – Finlandiya matçına təsadüf edib.
 
2004-cü ildən milli komandanın şərəfini qoruyan 32 yaşlı futbolçu millidən getdiyi üçün üzüntüsünü gizlədə bilməyib. O, matçın startı zamanı göz yaşlarına hakim ola bilməyib.

 

Milli karyerasını bitirən ulduz futbolçu göz yaşlarını saxlaya bilmədi – FOTOLAR